...

İlin sonuna qədər Azərbaycan "Bakı- Tbilisi- Qars"ın Gürcüstan hissəsinin bərpasını maliyyələşdirməyə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Cümə axşamı Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyevin verdiyi məlumata görə, avqust ayında Azərbaycan Dövlət Neft Fondu "Bakı- Tbilisi- Qars" dəmir yolu magistralının tikitntisi üzrə Gürcüstan üçün ilk tranş olaraq 40 mln. dollar ayırmağı planlaşdırır. Vəsait bankın Gürcüstan filialı vasitəsilə ayrılacaq.

Azərbaycanın Gürcüstana təqdim edəcəyi kreditin məbləği 200 mln. dollardır.

Bu məbləğ marşrut üzrə dəmir yol rabitəsinin Gürcüstan hissəsinin bərpası məqsədilə nəzərdə tutulub.

Layihə üzrə tikinti işlərinə bu il başlamaq nəzərdə tutulur, vəsaitlər ölkənin Nəqliyyat Nazirliyinin tələbatına uyğun olaraq ayrılacaq.

Hökumətin bank-agenti qismində Azərbaycanın Beynəlxalq Bankı seçilib. Prezidentin ""Bakı- Tbilisi-Qars" yeni dəmir yolu xətti layihəsinin reallaşması çərçivəsində görüləcək tədbirlər haqqında" fərmanına əsasən, nəqliyyat naziri Ziya Məmmədov başda olmaqla dövlət komissiyası yaradılıb.

Komissiyanın tərkibinə Maliyyə, Xarici İşlər, İqtisadi İnkişaf nazirliklərinin nümayəndələri, Neft Fondunun, dəmir yol xidmətinin və Beynəlxalq Bankın rəhbərləri daxildir. Azərbaycan hökuməti tərəfindən layihənin koordinatoru nəqliyyat naziri təyin olunub.

Xəbər lenti

Xəbər lenti