...

Azərbaycan Dövlət Gömrük Komitəsi büdcə daxilolmalarını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İlkin məlumatlara görə, yanvar - may ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 366,57 mln. manat məbləğində ödəniş və vergi daxil edib. Dövlət Komitəsinin mətbuat xidmətinədən verilən məlumata görə, bu göstərici proqnozlaşdırılıdığından 1, 09%, (3,97 mln) çoxdur.

Bu göstərici 2006-cı ilin analoji dövrünün göstəricisindən 118,39 mln. manat və ya 47,7% çoxdur.

2006-cı ildə dövlət komitəsinin daxil olmaları proqnozlaşdırılan 505,4 mln. manatla müqayisədə 515,81 mln. manat təşkil edib və artım ötən illə müqayisədə 139,64 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti