...

May ayında daha beş bank AMB-nin kapitallaşma üzrə tələblərini yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı (AMB) 2007-ci ilin yanvar-may ayları ərzində ölkənin bank sektorunda bankların kapitallaşması ilə bağlı vəziyyətin yaxşılaşdığını təsdiq edir. AMB-dən bildirilib ki, ölkədə fəaliyyət göstərən 43 bankın iyunun 1-i üçün ümumi kapitalı 767,6 mln. manat təşkil edir ki, bu da 2007-ci ilin əvvəli ilə müqayisədə 27,2 mln. manat artım deməkdir (yanvarın 1-nə 603,3 mln. manat). Ölkədə 44 bank mövcuddur, lakin "Poctbank" hesabatda nəzərə alınmır, belə ki, onun əməliyyatları tamamilə məhdudlaşdırılıb.

Iyunun 1-nə olan göstəriciyə əsasən 23 bankın kapitalı 10 mln. manatı ötür, 17 bankın kapitallaşması isə 5-10 mln. manat civarındadır.

May ayında beş bankın kapitallaşma strukturunda dəyişiklik olub. Belə ki, 5 bank kapitalı 10 mln. manat olan banklar sırasına daxil olub. AMB-nin 1 yanvar tarixli normativ tələbinə əsasən, banklar ümumi kapitallarını 8,2 mln. manat səviyyəsində, iyulun 1-dən isə 10 mln. manat səviyyəsində formalaşdırmalıdırlar.

Bununla belə, Azərbaycanda fəaliyyət göstərən banklardan üçünün ümumi kapitalı 3,5-5 mln. manat səviyyəsindədir. AMB-nin 1 fevral tarixli sanksiyasına əsasən, bu banklar əhalidən əmanətlərin qəbulu hüququndan məhrum olublar. Amma göründüyü kimi, bir sıra banklar hələ də kapitalın tələb olunan səviyyəyə çatdırılması üçün tədbirlər görməyib.

Xəbər lenti

Xəbər lenti