...

Azərbaycanda fəaliyyət göstərən xarici lizinq şirtkəti portfelini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2007 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanda fəaliyyət göstərən xarici lizinq şirkəti "Parex Leasing Factoring" ilin sonuna portfelini iki dəfə - təqribən 55 mln. dollar artırmağı planlaşdırır. Bu barədə bazar ertəsi şirkətdən məlumat verilib. Hazırda şirkətin lizinq portfeli 27 mln. dollar təşkil edir.

Şirkətdən bildirilib ki, "Parex Leasing Factoring" portfelində əsas pay nəqliyyat, tikinti və istehsal lizinqinə düşür.

"Parex Leasing Factoring"in nizamnamə kapitalı 50 min dollar təşkil edir ki, şirkət də bu kapitalını artırmağı hələki planlaşdırmır.

2005-ci ilin 25 martından Bakıda fəaliyyət göstərən şirkət 100 faiz Latviya kaptallı liznq şirkətidir.

Xəbər lenti

Xəbər lenti