...

Deutsche Bank AG London və Citigroup Global Markets Limited Azərbaycan avroistiqrazlarının yerləşdirilməsi üzrə menecer seçiliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2007 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Maliyyə Nazirliyi Deutsche Bank AG London və Citigroup Global Markets Limited investisiya banklarını Azərbaycan xarici valyuta nominallı dövlət istiqrazlarının (avroistiqrazların) Birgə Aparıcı Meneceri seçib. Çərşənbə axşamı Nazirlik tərəfindən yayılan məlumatda istiqrazların ilk emissiyasının 2007-ci ilin sentyabr-oktyabr aylarına planlaşdırıldığı qeyd olunub.

Deutsche Bank AG London Azərbaycan Respublikasının xarici valyuta nominallı dövlət istiqrazlarının (avroistiqrazların) ilk emissiyası üzrə Aparıcı Menecerin seçilməsi üzrə keçirilmiş açıq tenderin qalibi olub. Tenderdə 11 aparıcı beynəlxalq investisiya bankı iştirak edib.

Maliyyə Nazirliyinin və Citigroup Global Markets Limited arasında bağlanmış 30 sentyabr 2005-ci il tarixli Reytig Məsləhətinə dair Sazişə əsasən Citigroup Aparıcı Menecer seçilmək üçün ilk seçim hüququnu əldə etdib.

Deutsche Bank AG London təklif etdiyi texniki və maliyyə şərtlərini qəbul etməklə Aparıcı Menecer təyin olunmaq imkanını təmin edir.

Citigroup Global Markets Limited 2005 - 2006-cı illərdə  Moody's Investors Service tərəfindən Azərbaycana beynəlxalq kredit  reytinqinin müəyyən edilməsi prosesində məsləhət xidmətləri göstərib.

Hazırda  Azərbaycan Moody's agentliyinin Ba1 reytinqinə (14 sentyabr 2006-cı il) və Fitch Ratings agentliyinin  BB+ reytinqinə (05 fevral 2007-ci il) malikdir.

2007-ci il Dövlət Büdcəsinin təsdiq olunması haqqında Sərəncamda avroistiqrazların emissiyasının həyata keçirilməsinə 249 mln. manat nəzərdə tutulub.

Tendərdə təklif olunmuş şərtlərə əsasən, Deutsche Bank həcmindən asılı olaraq 0,05 faizlə 5 və 10 il dövriyyə müddəti ilə avroistiqrazların buraxılışını təmin etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti