...

Gəncədə 147 nəfər müvəqqəti işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Məşğulluq Mərkəzinin nəzdində yaradılan Əmək Birjasına birinci yarımillikdə 147 nəfər müraciət edib ki, onlardan da 74-ü qadındır. Bu barədə Gəncə şəhər Əmək Birjasının sektor müdiri Vüsalə Abbasova məlumat verib.

Abbasova ötən illə müqayisədə bu il sifarişlərin artdığını bildirib. Bu da öz növbəsində müvəqqəti işə düzələnlərin sayının artmasına təsir edir.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti