...

Azərbaycan hökuməti Laferge-dən sement zavodunun tikintisi üzrə layihənin hazırlanmasını sürətləndirməyi tələb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ "Azərbaycan investisya şirkəti" SC (AİŞ) avqust ayında Fransanın sement istehsalçısı Lafarge-dən yeni sement zavodunun tikintisi üzrə ilkin nəticələri almağı gözləyir. Bu barədə AİŞ iraçı direktoru Anar Axundov məlumat verib.

"Hökumətin maraqlarını təmsil edən İnvestisiya şirkəti əməkdaşlıq tələb edən bu məsələnin sürətləndirilməsində çox maraqlıdır. Bununla əlaqədar avqustda nəzərdə tutulan müzakirələrin çox aktiv keçəcəyi və avqustda artıq ilkin nəticələrin əldə olunacağı gözlənilir",-deyə Axundov bildirib.

Lafarge perspektiv kimi Tovuz əhəng yatağını nəzərdə tutub və sement zavodunun da elə orda tikilməsi nəzərdə tutulur. Tikinti işlərinə ilin sonuna qədər başlamaq, işləri il yarıma, 2009-cu ilə qədər başa çatdırmaq nəzərdə tutulur.

Tamamilə yeni texnologiyalı müəssisənin tikilməsini nəzərdə tutan layihə 100-150 mln. avro dəyərində qiymətləndirilir. Zavodun istehsal gücü 1 mln. ton olacaq. Zavodun tikintisində AİŞ-in payı 20 faiz planlaşdırılır. Qalan hissə isə Lafarge-nin hesabına təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti