...

"A-GROUP" sığorta şirkəti sığorta haqlarının artımını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / "A-GROUP" sığorta şirkətinin məlumatında bildirilir ki, şirkətin sığorta haqlarının ümumi həcmi altı ay ərzində 2,9 mln. manat təşkil edib və bu 2006-cı ilin göstəricisindən 27,8% çoxdur.

İnvestisiyaların artımı avtomobillərin və əmlakın sığortası sahəsində müşahidə olunur. Avtomobillərin kompleks sığortası üzrə sığorta haqlarının həcmi ilin birinci yarısında 3,5 dəfə artaraq 275,79 min manat təşkil edib. Əmlakın könüllü sığotası üzrə sığorta haqlarının həcmi ötəni ilin analoji dövrü ilə müqayisədə dörd dəfə artıb.

İlin birinci yarısında "A-GROUP"un ödənişləri 1,257 mln. manat təşkil edib.

"A-GROUP" şirkətinin nizamnamə kapitalı 1,55 mln. manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti