...

ATON eksperti: Dolların məzənnəsinin aşağı düşməsi ABŞ-ın tikinti sektorundakı vəziyyətlə əlaqədar neqativ xəbərlərlə bağlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2007 17:45 (UTC +04:00)
ATON  eksperti: Dolların məzənnəsinin aşağı düşməsi ABŞ-ın tikinti sektorundakı vəziyyətlə əlaqədar neqativ xəbərlərlə bağlıdır

Azərbaycan, Bakı/ Trend / Dolların məzənnəsinin demək olar ki, dünyanın bütün aparıcı valyutalarına nisbətdə azalması ABŞ-da tikinti sektorunun vəziyyəti ilə bağlı neqativ məlumatların daxil olması ilə bağlıdır. Bunu ATOH investisya şirkətinin analitik departamentinin iqtisadçısı Vladimr Osakovski bildirib.

Xüsusilə bu günlərdə ABŞ-ın aparıcı tikinti şurkətləri və tikinti materialı tədarükçüləri tikinti sahəsində azalma səbəbi ilə ilin sonuna qədər mədaxil üzrə proqnozlarının əhmiyyətıli dərəcədə azalmasını bildiriblər.

"Bu, daha öncədən bazar üçün mövcud olan təhlükəni təsdiq etdi ki, bu sahədə azalma davam edir və daha da dərinləşə bilər. Bu da öz növbəsində ilkin olaraq ABŞ-ın bütün iqtisadiyyatına öz təsirini göstərəcək"-deyə o bildirib.

Hazırda Avropa və Amerika valyutaları arasında nisbət 1 avro:1,3756 dollar təşkil edir. Dünən isə bu göstərici 1 avro:1,3612 dollar olub.

Onun sözlərinə görə, nəticədə indi bazar əmindir ki ABŞ Federal Ehtiyat Sistemi bu il öz faiz hesablarını artırmayacaq, ola bilsin, hətta iqtisadiyyatın inkişafını stimullaşdırmaq üçün onu aşağı salacaq.

"Məhz bu səbəbdən dolların məzənnəsinin azalması davam edir. Beləliklə, daha aşağı məzənnə perspektivi digər valyutalara nisbətdə onun cəlbediciliyini aşağı salır. Hələ bir neçə həftə əvvəl bazarın gözləntiləri tamamilə əks idi ki, bu da may-iyun aylarında dolların müəyyən qədər möhkəmlənməsinə gətirib çıxardı", - deyə Osakovski qeyd edib.

Asiya elektron platforması EBS-də ticarət sessiyası zamanı Avropa valyutası daha yüksək səviyyəyə - 1,3787 doll/avroya çatıb.

Xəbər lenti

Xəbər lenti