...

Nazir: "FAO ofisinin açılması Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2007 13:19 (UTC +04:00)
Nazir: "FAO ofisinin açılması Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək"

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov Ankarada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization of the United Nations - FAO) subregional ofisinin açılışında iştirak edib. Bu barədə nazirlikdən məlumat verilib.

Bu ofis vasitəsilə FAO 7 ölkəyə - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistana yardım edəcək.

Ofisin açılışında iştirak edən nazir Abbasov qeyd edib ki, ofisin açılması Türkiyə ilə əlaqələrin daha böyülk inkişafına, FAO ilə isə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

FAO - BMT-nin birinci ixtisaslaşmış qurumudur. Qurum 16 oktyabr 1945-ci ildə yaradılıb, 150-dən çox üzvü var. Qurumun məqsədi kənd təsərrüatı sahəsində, ərzaq məhsullarının istehsalında, meşə məhsulları və balıq emalı sənayesində texniki yardım göstərməkdir. FAO-nun mənzil qərargahı Romada yerləşir.

Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür.

Xəbər lenti

Xəbər lenti