...

Yanvar-iyun aylarında Lənkəran Məşğulluq Mərkəzinə təqribən 840 nəfər müraciət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ 2007-ci ilin yanvar-iyun aylarında Lənkəran rayon Məşğulluq Mərkəzinə 838 nəfər müraciət edib, onların 635 nəfəri iş axtaran vətəndaş kimi qeydə alınıb.

Rayon Məşğulluq Mərkəzinin direktoru Qağayı Məmmədovun bildirdiyinə görə, mərkəzə müraciət etmiş 834 nəfərdən 482 nəfəri mərkəzin köməkliyi ilə işlə təmin olunub ki, onların da 141-i qadındır.

Vətəndaşların 192 nəfəri tikintidə, 26 nəfəri xidmət sahələrində, 48 nəfəri sənayedə, 12 nəfəri təhsil sahəsində, 131 nəfəri səhiyyədə, 8 nəfəri rabitə və nəqliyyatda, 3 nəfəri mədəniyyət, 13 nəfəri isə digər sahələrdə işlə təmin olunub.

Məmmədov qeyd edib ki, onlar sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara daha çox diqqət yetirməyə çalışıblar.

Birinci yarım ildə işlə təmin olunanlardan 47 nəfəri kvota müəyyən edilmiş yerlərə göndərilib. Hazırda Məşğulluq Mərkəzi tərəfindən işsizlik statusu alan 49 nəfərə işsizliyə görə müavinət verilir.

Xəbər lenti

Xəbər lenti