...

Ən çox nəqliyyat qəzaları Siyəzəndə qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ 2007-ci ilin 6 ayı ərzində Bakı və respublikanın şimal bölgəsinin Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonları arasındakı avtomobil yolunda 210 yol qəzası baş verib. Bu qəzalarda 116 nəfər dünyasını dəyişib. Ən çox nəqliyyat qəzaları Siyəzən rayonu ərazisində baş verib. 61 yol nəqliyyat hadisəsində 42 nəfər ölüb. Qubada baş vermiş 58 yol qəzasında 18 nəfər, Xaçmazda 40 hadisədə -25, Dəvəçidə 35 hadisədə - 17, Qusarda isə 16 hadisədə - 14 nəfər dünyasını dəyişib. Ötən ilin müvafiq dövründə isə 213 yol qəzasında 11 nəfər dünyasını dəyişmişdi. Qeyd edək ki, adıçəkilən avtomobil yolunun uzunluğu 209 kilometrdir. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin adıçəkilən rayonlar üzrə şöbəsindən verilən məlumata görə, ölüm halları əksər vaxtlar mərhumların aldıqları ağır bədən xəsarətlərindən irəli gəlir. Baş vermiş hadisələrin səbəbi kimi isə nəqliyyat vasitələrinin sürətlə idarə olunması və sürücülərin ehtiyatsızlığı göstərilir.

Xəbər lenti

Xəbər lenti