...

Azərbaycanın əmək naziri: Ünvanlı sosial yardımın verilməsində ciddi çatışmazlıqlar var

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 17:46 (UTC +04:00)
Azərbaycanın əmək naziri: Ünvanlı sosial yardımın verilməsində ciddi çatışmazlıqlar var

Azərbaycan, Şəki/ Trend müxmbir G.Quliev/Şəkidə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın 78 rayonunun əmək və əhalinin sosial müdafiəsi mərkəzləri rəhbərlərinin iştitakı ilə birinci yarım ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov qeyd edib ki, ən çox çatışmazlıqlar ünvanlı sosial yardımın həyata keçirilməsi ilə bağlıdır.

Nazirin sözlərinə görə, ünvanlı sosial yardımın verilməsində səlahiyyətlərini aşdıqlarına görə 8 nəfər tutduğu vəzifədən azad edilib, 50-dən yuxarı insan isə cəzalandırılıb.

Ələkbərov qeyd edib ki, şəhid ailələrinə aylıq 100 manat həcmində yardımın ödənilməsində də ciddi çatışmazlıqlar var.

Şəki paytaxt Bakıdan 320 km. məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti