...

Bakıda TRACECA layihəsi çərçivəsində ekspeditorların hazırlanması üçün seminar başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bakıda TRACECA nəqliyyat dəhlizinin iştirakçısı olan ölkələrin operator və ekspeditorlarının hazırlanması üzrə seminar başa çatıb. Bu barədə cümə günü Azərbaycanın TRACECA-dakı milli katibi Akif Mustafayev məlumat verib.

Seminar nəqliyyat dəhlizinin cənub hissəsi, Qafqaz və Mərkəzi Asiyadan ölan ölkələr üçün keçirilib. Görüşə Azərbaycan, Gürcüstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və TRACECA-ının üzvü olmayan Rusiyadan ekspertlər iştirak edib.

Bu layhəni Niderlandın "HEA" şirkəti həyata keçirir. Ekspeditorların hazırlıq layihəsi 10 ölkəni əhatə edəcək. Türkiyə, Bolqarıstan və Rumıniya bu sahədə xidmətlərin kifayət qədər inkişaf etməsi səbəbindən seminarda iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti