...

Azərbaycanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bir sıra SC səhmlərini satışa çıxaracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Avqustun 14-18-nə qədər Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bir sıra səhmdar cəmiyyətlərin səhmlərini satışa çıxaracaq. Bu barədə rəsmi mətbuatda məlumat verilir.

Hərracda növbəti səhmdar cəmiyyətlər iştirak edəcəklər:

- "Zaqatala tikinti-quraşdırma" - bir səhmin nominal dəyəri 2 manat olmaqla cəmisi 2417 səhm;

- "Ağstafa avtonəqliyyat" - bir səhmin nominal dəyəri 2 manat olmaqla 1930 səhm;

- "Sabirabad təmir-tikinti" - bir səhmin qiyməti 2 manat olmaqla 2592 səhm;

- "Ağstafa tikinti-quraşdırma" - bir səhmin qiyməti 2 manat olmaqla 2578 səhm;

- "Ağstafa təmir-tikinti" - bir səhmin qiyməti 2 manat olmaqla 892 səhm;

- "Şəki tikinti-xidmət" - bir səhmin qiyməti 2 manat olmaqla 4820 səhm;

- "Saatlı yem istehsalı" - bir səhmin qiyməti 2 manat olmaqla 17415 səhm

Müəssisələrin satılan səhmlərinin həcmi ümumi səhmlərin 15-25 faizi civarındadır.

Xəbər lenti

Xəbər lenti