...

Azərbaycan Şirə İstehsalçıları Alyansının yığıncağının tarixi müəyyənləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı / müx./ Trend İ.Xəlilova / Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, iyulun 20-nə qədər Azərbaycanın meyvə şirələri ixracatçıları alyansının iştirakçılarının ikinci yığıncağını keçirmək planlaşdırılır. Görüş zamanı fəaliyyət planının təsdiqlənəcəyi və 2007-ci il üçün nəzərdə tutulmuş büdcə məsələlərinin müzakirə olunacağı planlaşdırılır.

Alyans bu sahədə altı aparıcı şirkət (Milk-PRO, Gilan, SAF və s.) tərəfindən yaradılıb.

Hazırda təbii şirələrin 80%-i Rusiyaya ixrac olunur, lakin AZPROMO-da hesab edirlər ki, Azərbaycan icxracatçıları ilk növbədə ABŞ və Avropa ölkələrində məhsullarının satış bazarını genişləndirməlidir. Şirə ixracatçılarının səylərini birləşdirmələrində başlıca məqsəd şirə istehsalı sənayesində çoxdan bəri mövcud olan problemlərin həllidir. Bu problemlərin sırasına standartlar texnologiyası aiddir. Hazırda Azərbaycanda istehsal prosesi zamanı müasir texnologiyalara əməl olunmur. Alyansın yaradılması ilə konkret istehsalçıların şirələrini ayrılıqda reklam etməmək üçün vahid Azərbaycan brendi tətbiq olunacaq. Bu brend öz keyfiyyət nişanına malik olacaq, əgər məhsul bu brendlə nişanlanacaqsa, bu təqdirdə məhsul Avropa tədəblərinə uyğun buraxılmış olacaq. Alyans həmçinin Azərbaycan şirələrinin xarici bazarlada marketinqi və müəyyən mövqe tutması ilə məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti