...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 13:32 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0003 bənd möhkəmlənib (0,03 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0, 85502 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 9-da (1 ABŞ dolları üçün 0,0,8552 manat), minimum isə iyulun 12-13-də (1 ABŞ dollarına 0, 8549 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
2 iyul 0,8557 9 iyul 0,8552
3 iyul 0,8555 10 iyul 0,8551
4 iyul 0,8554 11 iyul 0,8550
5 iyul 0,8553 12 iyul 0,8549
6 iyul 0,8553 13 iyul 0,8549
Həftə ərzində orta 0,85544 Həftə ərzində orta 0,85502

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0011 bənd (0,11 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0, 85374 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi iyulun 9-da (1 ABŞ dollarına 0, 8545 manat), minimum isə iyulun 12-də (1 ABŞ dollarına 0, 8533 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyuln 9-da - 0, 8545AZN/USD məzənnəsi ilə $$24,575 mln., iyulun 10-da - 0, 8538 AZN/USD məzənnəsi ilə $7,825 mln., iyulun 11-də - 0, 8537 AZN/USD məzənnəsi ilə $16,003 mln., iyulun 12-də - 0, 8533 AZN/USD məzənnəsi ilə $16,62 mln., iyulun 13-də - 0, 8534 AZN/USD məzənnəsi ilə $8,5 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
2 iyul 0,8557 9 iyul 0,8552
3 iyul 0,8555 10 iyul 0,8551
4 iyul 0,8554 11 iyul 0,8550
5 iyul 0,8553 12 iyul 0,8549
6 iyul 0,8553 13 iyul 0,8549
Həftə ərzində orta 0,85544 Həftə ərzində orta 0,85502
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
2 iyul 0,8536 9 iyul 0,8545
3 iyul 0,8534 10 iyul 0,8538
4 iyul 0,8548 11 iyul 0,8537
5 iyul 0,8541 12 iyul 0,8533
6 iyul 0,8542 13 iyul 0,8534
Həftə ərzində orta 0,85402 Həftə ərzində orta 0,85374

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və T+2 BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 11 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərinin fəaliyyət müddəti 2008-ci ilin yanvar ayında bitir.

Xəbər lenti

Xəbər lenti