...

Non-life Azərbaycanda ən məşhur sığorta növüdür

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 16:13 (UTC +04:00)
Non-life Azərbaycanda ən məşhur sığorta növüdür

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanda ən məşhur sığorta növü non-life sığortasıdır, bu sığorta növünün payına birinci rübdə 32,72 mln. manat sığorta haqqı, 24,73 mln. manat isə sığorta ödənişləri düşüb. Non-life sığortasının ən yüksək sığorta haqqı göstəricisi avionəqliyyat sığortasının payına düşür - təxminən 6,5 mln. manat.

Sığorta məhsulları arasında məşhurluq reytinqinə görə ikinci yerdə sığorta haqları 3,9 mln. manat, sığorta ödənişləri isə 616 min manat olan icbari sığorta dayanır.

Birinci rübündə sığortanın icbari növü üzrə ən böyük sığorta haqları hərbi işçilərin icbari sığortasının payına düşüb, sığorta haqları 2,7 mln. manat, sığorta ödənişləri isə 297 min manat təşkil edib.

Üçüncü yerdə sığorta haqları 107,11 min manat, ödənişləri isə 24,73 min manat təşkil edən həyatın sığortası olub (bu məbləğin 56,33 min manatı həyatı itirməklə bağlı olan sığortanın payına, 50, 78 min manatı isə həyatın qarışıq sığortasının payına düşür). Maliyyə Nazirliyinin məlumatına görə, birinci rübdə Azərbaycanda fəaliyyət göstərən 29sığorta şirkətinin payına 36,79 mln. manat sığorta haqqı, 6,81 mln. manat sığorta ödənişləri düşür.

Orta hesabla birinci rübdə sığorta haqları 2006-cı ilin anaolji dövrü ilə müqayisədə 29,49% artıb. Sığorta haqları isə 43,39% azalıb.

Xəbər lenti

Xəbər lenti