...

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbələrində yoxlanışlar keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 16:51 (UTC +04:00)

Azərbaycan, Şəki müx. Trend E.Quliyev/ Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin məsələhətçisi Rafiq Süleymanovun Şəkidə keçirilən bölgə yığıncağında verdiyi məlumata görə, komitənin rayon və şəhər şöbələrində yoxlamalar aparılacaq. Onun sözlərinə görə, yoxlanışlar torpaqdan istifadə zamanı meydana çıxan çətinliklərin aradan qaldırılmasına yönəlib.

Süleymanov bildirib ki, torpaq islahatının növbəti mərhələsində qanuni istifadə olunan fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və xususi əhəmiyyətli torpaqların əhalinin şəxsi mülkiyyətinə verilməsi istiqamətində işlər görüləcək.

Şəki Bakıdan 320 km şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti