...

Azərbaycanda 250-dən yuxarı hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2007 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ 2007-ci ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən birjalar vasitəsilə valyuta ehtiyatları, qiymətli kağızlar, daşınmaz əmlak və 2 mlrd. 67 mln. manatlıq istehsal texniki təyiatlı məhsulların satıldığı 252 hərrac keçirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin müvafiq dövrü ilə nisbətdə ümumi dövriyyə 2,6 dəfə artıb.

Satışın həcminə və sayına görə dövriyyənin həcminin 41,1 faiz artımı ilə Bakı Banklararası Valyuta Birjası və dövriyyənin 3,4 dəfə artımı ilə Bakı Fond Birjası seçilib.

Əmtəə birjalarında istehsal texniki təyiatlı məhsulların satışı artıb, daşınmaz əmlakın satışı isə aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti