...

Nazir: "Poti limanı özəl şirkətin idarəsinə keçə bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2007 11:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstanın iqtisadiyyat naziri Giorgi Arveladzenin jurnalistlərə verdiyi məlumata görə, Potidə azad sənaye zonasının yaradılması ilə əlaqədar olaraq istisna deyil ki, Poti limanı idarə hüququ ilə birlikdə özəl şirkətə verilsin.

"Azad sənaye zonasının (ASZ) yardılması regionda infrastrukturun inkişafının başlanğıcını qoymalıdır, bu səbəbdən də istisna deyil ki, Poti limanının idarəsi, ASZ-nin operatorluğu özəl şirkətə verilsin və bu, inkişafın daha effektiv yoludur" - deyə nazir bildirib.

O qeyd edib ki, məsələ limanın satılmasında deyil: "Bizim limanın bir sıra sahilləri müxtəlif müddətə digər şirkətlərin idarəsinə verilib. Dövlətin mülkiyyətində isə limanın özünün idarəsi və menecmenti qalır və biz bunu da özəl şirkətlərin idarəsinə verə bilərik". "İnvestorları cəlb etdiyimiz hər sahədə müəssisələr inkişaf edir" - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti