...

Azərbaycanın İnvestisiya Şirkəti və "Dəvəçi Broyler" qarşılıqlı anlaşma memorandumu imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Azərbaycan İnvestisiya Şirkətindən verilən məlumata görə, "Azərbaycan İnvestisiya Şirkəti" səhmdar cəmiyyəti toyuq ətinin istehsalında ixtisaslaşmış "Dəvəçi Broyler" ASC ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Birgə əməkdaşlıqda əsas məqsəd yerli istehsalın artırılması və bu sahədə müasir texnologiyaların tətbiqi sayəsində toyuq ətinə olan tələbatın ödənilməsidir.

Memoranduma uyğun olaraq investisiya şirkəti "Dəvəçi Broyler"in kapitalında iştiak etmək hüququ əldə edəcək. Payın ölçüsü, investisiyaların həcmi və digər göstəricilər layihənin texniki -iqtisadi əsaslandırılmasından sonra müəyyən ediləcək.

Xəbər lenti

Xəbər lenti