...

Bakıda fəaliyyət göstərən avtomobillərin əksəriyyəti müasir texniki tələblərə cavab vermir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Bu vaxta qədər Bakıda taksi xidmətlərinin göstərilməsi üçün fərqləndirici nişanları 7000-dək avtomobil alıb. Bu barədə "Bakı sərnişin nəqliyyatı" MMC-nin rəhbəri Ceyhun Abdullayev məlumat verib. Ancaq o qeyd edib ki, bu maşınların əksəriyyəti müasir texniki və ekoloji tələblərə cavab vermir.

Abdullayevin bildirdiyinə görə, hazırda "Star", "Az.Serg-trans", "Inter" kimi şirkətlər Bakıya taksi məqsədilə daha rahat avtomobillər gətirirlər. Lakin onların azlığı ucbatından həmin maşınlar taksi bazarında istifadədə olan köhnə avtomobilləri sıradan çıxara bilmir.

Bu faktları nəzərə alaraq hazırda "Mercedes", "Skoda", "Volkswagen" və digər şirkətlərlə danışıqlar aparılır. Məqsəd onların avtomobillərinin Bakıdakı bazarda istismarıdır.

Xəbər lenti

Xəbər lenti