...

Birinci yarım ildə Azərbaycanda ÜDM artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Yanvar-iyun aylarında Azərbaycanda ÜDM ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 35,1 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Cari qiymətlərlə ÜDM göstəricisi iyulun 1-nə 10672,4 mln. manat təşkil edib. Adambaşına düşən ÜDM həcmi 1265,0 manat (1461,6 dollar) təşkil edib.

ÜDM-də istehsal payı ötən ilin müvafiq göstəricisi ilə nisbətdə 45,9 faiz artaraq 72,9 faiz təşkil edib.

Xidmət sahəsində ötən ilin yanvar-iyun ayları ilə müqayisədə əlavə dəyər 10,8 fazi artıb, ÜDM-in xüsusi çəkisi isə 3,2 faiz azalaraq 20 faiz təşkil edib.

Bu dövr ərzində sənayedə ÜDM istehsalı 6643,7 mln. manat olub ki, bu da ümumi ÜDM-in 62,2 faizinə bərabərdir. Kənd təsərrüfatı, ovçuluq sahəsi və meşəçilikdə əlavə dəyər 423,7 mln. manat (4 faiz), tikinti sahəsində - 711,0 mln. manat (6,7 faiz), nəqliyyat sahəsində - 573,9 mln. manat (5,4 faiz), rabitə sahəsində 172,7 mln. manat (1,6 faiz), topdan və pərakəndə satış, avtomobil sahəsi, şəxsi istifadə üçün əşyalar xidmət sahəsi və məişət məmulatları - 619,0 mln. manat (5,8 faiz), restoran və mehmanxana sahəsində 65,1 mln. manat (0,6 faiz), sosial və digər xidmətlərdə - 709,7 mln manat (6,6 faiz) əldə olunub.

Məhsul və idxaldan təmiz vergilər ÜDM-də 7,1 faiz olub.

Xəbər lenti

Xəbər lenti