...

"Baku Steel Company" zavodun fəaliyyətinin bərpası imkanlarını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva / Öz fəaliyyətini iyulun əvvəlində dayandıran "Baku Steel Company" (BSC) şirkəti avqustda işini bərpa edə bilər. Bu barədə çərşənbə günü şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda müəssisəyə xammal yetərli həcmdə gəlmədiyi üçün fəaliyyəti bərpa etmək mümkün deyil.

Hazırda şirkət əməkdaşlarının bir hissəsi, o cümlədən bəzi rəhbər şəxslər məzuniyyətdədir. Zavodun fəaliyyətinin bərpası ilə bağlı məsələ iyulun sonunda müzakirə olunacaq.

Zavodun layihə gücünə əsasən istehsalat üçün gündə 1,4 ton xammal lazımdır.

Bu, müəssisənin cari ildə ikinci dəfə dayandırılmasıdır. Birinci dəfə analoji səbəbdən zavod yanvarda dayandırılmışdı.

Xəbər lenti

Xəbər lenti