...

Yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına daxili investisiyalar xarici investisiyaları üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Yanvar-iyun ayları ərzində ölkə iqtisadiyyatının inkişafına müəssisə və təşkilatların bütün maliyyə mənbələri hesabına 1316851,9 min manat qoyulub ki, bu da ötən ilin müvafiq dövründəki əsas investisiya yatırımlarını 86 faiz üstələyib.

Statistika Komitəsindən bildiriblər ki, müəssisə və təşkilatların öz mülkiyyətində olan vəsaitlər hesabına 1699,9 mln. manat (bütün investisiyanın 62,3 faizi), dövlət mülkiyyətində olan vəsaitlər hesabına isə 1027,4 mln. manat (37,7 faiz) investisiya qoyulub.

Təmir-tikinti işlərinə investisiyaların həcmi 15,2 faiz artaraq 1430 mln. manat təşkil edib. Istehsal təyinatalı obyektlərin tikintisi üçün investisiyalar 2276 mln. manat, qeyri istehsal obyektlərinə investisiyalar isə 451,3 mln. manat olub.

Xarici investisiyaların xüsusi çəkisi 48,3 faiz olub. Ümumi investisiyanın 51,7 faizi daxili investisiyaların payına düşüb ki, bu da 50,8 faiz artım deməkdir.

Büdcə vəsaitləri hesabına maliyyələşdirilən obyektlərin tikintisinə investisiyalar 423,9 mln. manat olub ki, bu da bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlərin 22,1 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti