...

Nazir müavini: "Bakı- Tbilisi –Qars" dəmir yolu xəttinin Türkiyə hissəsinin tikintisi sentyabr ayına planlaşdırılıb (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 16:59 (UTC +04:00)
Nazir müavini: "Bakı- Tbilisi –Qars" dəmir yolu xəttinin Türkiyə hissəsinin tikintisi sentyabr ayına planlaşdırılıb (video)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Çərşənbə axşamı Bakıda "Bakı- Tbilisi -Qars" yeni dəmir yolu xətti layihəsinin reallaşması çərçivəsində dəmir yol xəttinin Türkiyə sərhədinə qədər olan Mardaba hissəsinin maliyyələşməsi, layihələndirilməsi , tikintisi, bərpası, reabilitasiyası və istismarı prinsipləri və şərtlərinə dair Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış razılığın və kredit

müqaviləsinin həyata keçirilməsi üzrə koordinasiya şurasının birinci iclası öz işinə başlayıb.

İclasda koordinasiya şurasının vəziyyətinin təsdiqi, "Mardaba-Karsaxi dəmir yolu" MMC-nin biznes planının, dəmir yolunun Mardaba - Axalkalaki hissəsinin layihələndirilməsi, reabilitasiyası və bərpası ilə bağlı texniki vəzifələrin müzakirəsi nəzərdə tutulur.

"Mardaba-Karsaxi dəmir yolu" MMC direktorunun Bakıda verdiyi məlumata görə, layihə ilə bağlı artıq bir sıra görüşlər keçirilib. "Bu gün MMC-nin büdcəsi təsdiq olunmalıdır, bundan sonra əməkdaşlar heyəti toplanacaq" - deyə o bildirib.

Tərəflər həmçinin Belarus və Ukraynada, Avropa və keçmiş sovet sistemi qovşaqlarında dəmir yolu keçidlərinin işi ilə tanış olublar, məqsəd Gürcüstan və Türkiyə arasında sərhəddə bu növ keçidlərin gələcək tətbiqidir

Dəmir yolunun Gürcüstan hissəsinin tikintisi və reabilitasiyası məqsədilə tender sənədləri hazırlanıb.Tender altı lot üzrə keçiriləcək.

Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahovun sözlərinə görə, dəmir yolunun Türkiyə hissəsinin tikintisi məqsədilə artıq tender elan olunub. Tikintiyə sentyabrda başlamaq nəzərdə tutulur. Dəmir yolunun Türkiyə hissəsinin uzunluğu (Qarsdan Gürcüstan sərhədinə qədər) 76 km təşkil edir. Sərhəddə uzunluğu 2 min m-dən çox olan tunel tikiləcək.

Xəbər lenti

Xəbər lenti