...

Azərbaycanda vahid gəlir vergisi dərəcəsinin tətbiqinin texniki hissəsi üzərində iş başa çatdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanda vahid gəlir vergisi dərəcəsinin tətbiqinin texniki tərəfi praktiki cəhətədən başa çatdırılıb. Bunu çərşənbə günü Azərbaycanın vergilər nazir Fazil Məmmədov bildirib.

Gəlir vergisi üzrə vahid dərərcə dünyanın bir çox ölkələrində tətbiq olunur ki, bu da vergidən yayınmanın qarşısını alır.

Məmmədovun sözlərinə görə, nazirlik sənədin hüquqi tərəfinin tənzimlənməsinə hazırlaşır.

"Amma əvvəlcə Azərbaycanda vergi amnistiyası haqqında qanunun tətbiq olunması lazımdır", - deyə o söyləyib.

Məmmədovun sözlərinə görə, 2008-ci ildə vahid dərəcənin qəbul olunacağını gözləməyə dəyməz.

Hazırda Azərbaycanda gəlir vergisi üzrə iki dərəcə tətbiq olunur - 14 faiz və 35 faiz (min manatdan yuxarı). İcbari sosial sığorta üzrə faiz dərəcəsi ölkədə 25 faiz təşkil edir. Bu, işləyənlərə verilən məbləğin 3 faizi və işəgötürənlərin əmək haqqı fondunun 22 faizi hesabına təmin olunur.

Xəbər lenti

Xəbər lenti