...

"Bank Respublika" birinci yarımil üçün maliyyə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ İlin əvvəlindən "Bank Respublika"nın aktivləri 46,6 faiz artaraq iyulun 1-nə 163,1 mln. manat təşkil edib. Bu barədə bankın məlumatında göstərilib. Altı ayda bankın kredit portfeli 51,8 faiz artaraq 115,5 mln. manata çatıb.

Hesabat dövründə müştəri depozitləri də 53,0 faiz artaraq 79,3 mln. manat olub. Əhalinin "Bank Respublika"ya əmanətləri birinci yarımildə 62,9 faiz artaraq 18,3 mln. manat olub.

Bu ilin yanvar-iyun aylarındakı fəaliyyətinin yekununa əsasən "Bank Respublika"nın gəlirləri 12,1 mln. manat, xərcləri 9,7 mln. manat təşkil edib. Hesabat dövründə Bankın balans gəliri 2,4 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti