...

Azərbaycanın maliyyə naziri "Citigroup"un Avropa üzrə rəhbəri ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2007 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend .Ü. İsmayılova/ Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov cümə axşamı "Citigroup"un Avropa, Yaxın Şərq və Afrika üzrə rəhbəri və baş icraçı direktoru Uilyams Milsi qəbul edib. Görüşdə Azərbaycanın "Citigroup"la davam edən 15 illik münasibətləri, avroistiqrazların birinci buraxılışı, həmçinin "Citigroup"un Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi müzakirə olunub.

"Citigroup" ABŞ-ın nəhəng maliyyə qurumudur. Şirkətin dünyanın 100 ölkəsində 200-dən çox müştərisi var.

2005-2006-cı illər ərzində "Citigroup" "Moody's Investors Service" tərəfindən ikinci kredit reytinqinin əldə edilməsi məqsədilə Azərbaycanda məsləhətləşmələr aparıb. "Citigroup" həmçinin sentyabr-oktyabr aylarında bininci buraxılışın beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üzrə Azərbaycanın meneceri seçilib.

Xəbər lenti

Xəbər lenti