...

Dövlət Gömrük Komitəsi Azərbaycan ərazisindən tranzit daşınmaların azaldığını bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ İlin birinci yarısında Azərbaycanın nəqliyyat vasitələri ilə 9495,7 min ton yük daşınıb, bu göstərici 2006-cı ilin ötən dövrü ilə müqayisədə 78,06% təşkil edib.

Azərbaycanın Dövlət Gömrük Komitəsinidən verdilən məlumata görə, yükün ümumi həcminin 5005 min tonu ixracın, 4490,7 min tonu isə idxalın payına düşür. İxrac əməliyyatları arasında xüsusilə dəniz (420 min ton), dəmir yolu (1541,6 min ton), avtomobil (376,8 min ton), hava (2,3 min ton), kəmər nəqliyyatı (2659,7 min ton) fərqlənib.

İdxal əməliyyatları üzrə dəniz nəqliyyatının payına 66,4 min ton, dəmir yolunun payına 3382,7 min ton, avtomobil nəqliyyatının payına 667,4 ton, hava nəqliyyatının payına 12 min ton, kəmər nəqliyyatının payına isə 336,1 min ton yük düşür.

Azərbaycan ərazisi üzrə tranzit olaraq 25,97 min ton yük daşınıb. Yüklər əsasən İsveçrəyə (776,1 min ton), İtaliyaya (636,7 min ton), Gürcüstana (571 min ton), Tacikistana (221 min ton), İrana (109,2 min ton), Rusiyaya (81,7 min ton), Türkiyəyə (86,2 min ton), Türkmənistana (66,5 min ton) və Qazaxıstana (26,2 min ton) göndərilib.

Azərbaycan ərazisindən keçən tranzit yüklərinin həcmi 82,14% təşkil edib və bu, 2006-cı ilin analoji dövrü ilə müqayisədə 540,2 min ton azdır.

Xəbər lenti

Xəbər lenti