...

Dövlət Gömrük Komitəsi MDB ölkələri ilə mal dövriyyəsinin həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci ilin ilk yarısında MDB ölkələrindən Azərbaycana 894480,9 min dollarlıq mallar idxal olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu, ölkənin ümumi idxalının 36,45 faizini təşkil edir.

Azərbaycandan MDB ölkələrinə ixrac olunan malların ümumi dəyəri isə 512702,9 min dollar təşkil edib (ümumi ixracın 20,25 faizi). MDB ölkələri ilə idxal-ixrac əməliyyatlarında 381778,1 min dollar həcmində mənfi saldo yaranıb.

MDB ölkələrinə əsasən şəkər, konditer məmulatları, neft məhsulları, kimyəvi maddələr, bitki və heyvan mənşəli yağlar, pambıq, tərəvəz ixrac olunub.

MDB-dən Azərbaycana isə mineral yanacaq, taxıl bitkiləri, avadanlıq, mexaniki qurğular, qara metallurgiya malları idxal olunub.

Xəbər lenti

Xəbər lenti