...

KfW Azərbaycanda aqromaliyyələşməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ KfW-nin Bakı ofisinin rəhbəri Natiq Abdullayevin verdiyi məlumata görə, 2007-ci ilin sonları üçün Almaniyanın İnkişaf Bankı KfW Azərbaycanın kənd yerlərinin aqromaliyyələşməsi layihəsini hazırlayır.

Onun sözləninə görə, 2006-cı ildə kənd yerlərinin aqromaliyyələşməsi üzrə alman məsləhətçiləri tərəfindən aparılan araşdırmaların nəticələri ilə əlaqədar olaraq hesabat hazırlanır. Bankın qaydalarına uyğun olaraq, KfW-nin maliyyələşdirdiyi istənilən layihənin reallaşması məqsədilə Almaniya hökumətinin müsbət rəyi tələb olunur.

2006-cı ilin avqustunda Azərbaycan və Almaniya hökumətləri arasında aparılan danışıqlar zamanı Azərbaycana aqromaliyyələşmə məqsədilə 6 mln. avro ayrılmasına razılıq verilib.

Məsləhətçilərin araşdırmalarına əsasən, Şəki, Lənkəran və Gəncədəki kənd yerləri seçilib, lakin Şəki-Zaqatala və Qax rayonlarının kənd yerləri də araşdırılıb, belə ki, birinci mərhələdə məhz bu rayonlar əhatə olunacaq.

Aqromaliyyələşmələr məqsədilə nəzərdə tutulan vəsaitlər Azərbaycan bankları ilə əldə olunan müqavilə əsasında mikrokreditlər şəklində bölüşdürüləcək. Kredit birbaşa olaraq və dövlət təminatı olmadan ayrılacaq.

Abdullayevin sözlərinə görə, Alman-Azərbaycan fondunun analoji sisteminə əsasən, məsləhətçi müəyyənləşdiriləcək, məsləhətçi vəsaitlərin istifadəsinə, xüsusilə onların kənd təsərrüfatı məqsədilə ayrılmasına nəzarət edəcək.

Bankın Bakı ofisinin rəhbərinin sözlərinə görə, aqrar layihə çərçivəsində seçiləcək bankların sayı bu sahəni maliyyələşdirməyə olan maraqdan asılı olacaq.

Xəbər lenti

Xəbər lenti