...

Monitorinq: İyulun əvvəlindən bəri Bakıda bir mənzil də satılmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2007 14:06 (UTC +04:00)
Monitorinq: İyulun əvvəlindən bəri Bakıda bir mənzil də satılmayıb

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Bazar ertəsi "Daşınmaz əmlak bazarının iştirakçıları" İctimai Birliyinin icraçı direktoru Nüsrət İbrahimovun verdiyi məlumata görə, iyul ayında Bakının daşınmaz əmlak bazarında heç bir alqı-satqı əməliyyatı həyata keçirilməyib.

İbrahimovun sözlərinə görə, bazarın passivliyi mayın ikinci yarısından müşahidə olunmağa başlanıb, nəticədə Bakının daşınmaz əmlak bazarında qiymətlər tədricən düşməyə başlayıb. Bakının daşınmaz əmlak bazarında aktivliyin aşağı düşməsini ixtisaslaşmış agentlik "PRANT" da bəyan edib.

İbrahimovun sözlərinə görə, qiymətlərin düşməsinə həmçinin mövsümi göstəricilər də təsir göstərir, sentyabr ayında isə daşınmaz əmlakın qiymətinin növbəti dəfə artmasını gözləmək olar.

Rəsmi məlumata görə, iyun ayı ərzində Bakının daşınmaz əmlak bazarının ümumi portfelinin 0,3%-i satılıb.

Xəbər lenti

Xəbər lenti