...

Millət vəkili: "Azərbaycan hökumətinin taxıl defisitini kompensasiya etmək üçün kifayət qədər maliyyə ehtiyatları var"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 15:29 (UTC +04:00)
Millət vəkili: "Azərbaycan hökumətinin taxıl defisitini kompensasiya etmək üçün kifayət qədər maliyyə ehtiyatları var"

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan hökumətinin son zamanlar ölkənin bir sıra regionlarında un və un məmulatlarının bahalaşmasına səbəb olmuş taxıl defisitini kompensasiya etmək üçün kifayət qədər maliyyə ehtiyatı var. Bunu çərşənbə axşamı millət vəkili Vahid Əhmədov söyləyib.

"Azərbaycanın onların təklif etdiyi qiymətə taxıl almaq imkanı var. Bizim həmçinin Hövsan terminalımız var" - deyə o söyləyib.

Əhmədov bəyan edib ki, hökumət qiymətin tənzimlənməsi üzrə hər hansı qərar qəbul edərkən ayda cəmisi 50 manat pensiya alanları və işsizləri nəzərə almalıdır.

"Onlar çörəyin qiymətinin dəyişməməsi, çəkisinin isə ən azı 150 qram azalmasından əziyyət çəkməməlidirlər" - deyə o bildirib.

Azərbaycanda bir çörəyin orta qiyməti 0,3 manat təşkil edir. Son həftə isə ölkənin bir sıra rayonlarında çörəyin qiyməti 50 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti