...

Azərbaycan Milli Bankı əmlakın sığortası məqsədilə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın Milli Bankı balansında olan əmlakın (əsas vəsaitlərin), nəqd pulun və nəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə xidmətlərin tenderini elan edib.

Tenderdə iştirak etmək istəyənlər sığorta fəaliyyəti ilə bağlı lisenziya, yanğın, KASKO nəqliyyat vasitələri və digər risklərdən sığorta üzrə notarius tərəfindən təsdiq olunmuş lisenziya təqdim etməlidirlər.

Tenderdə iştirak sənədləri avqustun 21-nə qədər təqdim olunmalıdır. Tender təklifləri və bank təminatı avqustun 3-nə kimi qəbul olunacaq.

Tender sentyabrın 4-də saat 15:00-da keçirililəcək.

Xəbər lenti

Xəbər lenti