...

Unibank daha bir subordinasiyalı kredit alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Unibank KB ikinci subordinasiyalı kreditin alınması barədə razılaşmanı imzalayıb. Bu barədə bankın məlumatında göstərilib.

Ümumi məbləği 6,9 mln dollar olan subordinasiyalı krediti Unibanka yeddi il müddətinə Almaniyanın Deutsche Bank AG verib.

"Bu kreditin vəsaitləri hesabına kiçik və orta sahibkarlıq sahəsində olan layihələr maliyyələşdiriləcək, həmçinin mikrokreditlər veriləcək, - deyə Unibank idarə heyətinin sədri Faiq Hüseynov bildirib. "Subordinasiyalı kredit kapitalın formalaşdırılmasında əlavə mənbə olub".

Deutsche Bank AG-dan subordinasiyalı kredit aldıqdan sonra Unibankın ümumi kapitalı 45,9 mln. manat təşkil edib.

İlk dəfə Unibank 2006-cı ildə subordinasiyalı kredit almaqla ölkənin bu cür maliyyələşmə alan ilk bankı olub. Kreditor rolunda The Netherlands Development Finance Company çıxış edib. 5 mln dollar məbləğində kredit 7 il müddətinə təqdim edilmişdi. FMO vəsaitləri də həmçinin kapitalın formalaşdırılmasında əlavə mənbə olub.

Xəbər lenti

Xəbər lenti