...

BBVB-də birja ticarətinin nəticələri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 24 iyulda USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8523 AZN təşkil edib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8534 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 4 258 338 manat olub. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən 0,0012 bənd qalxıb və 0,8522 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 6 478 720 manat təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8523 AZN olub.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, "Birja Elektron Sistemində Ticarət"in ümumi həcmi USD/AZN aləti üzrə $ 12 590 000 ABŞ dolları və ya 10 737 058 manat olub. Orta hesabla hər sövdələşmənin payına 1 259 000 ABŞ dolları düşüb.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. Avro və rus rublu üzrə sifarişlərdə banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında marketmeyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 14,77%, ABŞ dolları üzrə isə illik 13,76% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti