...

Birinci yarımildə Azərbaycanda istehsalatda 100-dən yuxarı bədbəxt hadisə baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 20:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Birinci yarımildə istehsalatda 104 bədbəxt hadisə baş verib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyinin məlumatında göstərilib.

Müfəttişliyin məlumatında bildirilir ki, baş verən 104 hadisə nəticəsində 115 insan zərər çəkib ki, bunlardan da 39-u həlak olub, 76-sı isə müxtəlif dərəcəli xəsarət alıb. 64 bədbəxt hadisə Bakı şəhərində baş verib.

Müşahidələr göstərir ki, 13 bədbəxt hadisə müəssisənin, 24 hadisə zərərçəkənin, 55 hadisə isə hər iki tərəfin günahı üzündən baş verib (12 hadisədə kənar müdaxilə olub).

Xəbər lenti

Xəbər lenti