...

Bakı limanı "Dübəndi" neft terminalından ötürülən neftin həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Beynəlxalq Dəniz Ticarəti Limanından verilən məlumata görə, birinci yarım il ərzində liman tərəfindən 2,52 mln. ton müxtəlif yük tədarük olunub. Bu, ötən il göstəricisindən 35,4% azdır.

Birinci yarım il ərzində "Dübəndi" neft terminalından 1,35 mln. neft və neft məhsulu ötürülüb. Bu barədə Bakı limanından verilən məlumatda deyilir.

Limanın bərə terminalı vasitəsilə 1,5 mln. ton yük ötürülüb. Quru yük terminalından isə 17 min ton yük ötürülüb. Liman nümayəndələrinin sözlərinə görə, yükdaşımalarının azalmasına səbəb yükləri özlərinə cəlb edən Rusiyanın Xəzərdə yerləşən limanlarının inkişaf etməsidir. Bu əsasən quru yüklərə aiddir.

Xəbər lenti

Xəbər lenti