...

ATİB rəhbəri: "Birliyin iştirakçıları Azərbaycana 3 mlrd. dollar investisiya yatırıblar"

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2007 14:26 (UTC +04:00)
ATİB rəhbəri: "Birliyin iştirakçıları Azərbaycana 3 mlrd. dollar investisiya yatırıblar"

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan-Türkiyə birliyi olan ATİB-də təmsil olunan şirkətlərin ümumi kapitalı $750 mln. təşkil edir. Bunu Azərbaycanın veriglər naziri Fazil Məmmədovla görüşü zamanı ATİB İdarə Heyətinin sədri Əhməd Erentok deyib. Görüş təşkilatın Vergi Məcəlləsinə bəzi dəyişikliklər və əlavələrin edilməsi ilə bağlı təkliflərinə həsr olunmuşdu.

Erentok bildirib ki, bu gün təşkilatın 107 üzvü var. ATİB üzvü olan şirkətlərdə 30 mindən çox adam çalışır, bu şirkətlərin Azərbaycandakı investisiyalarının ümumi həcmi isə $3 mlrd. təşkil edir.

ATİB-də təmsil olunan kapitalın 46 faizi Azərbaycan kapitalıdır, 36 faizini türkiyəli tərəfdaşlarla birgə kapital təşkil edir, 24 faiz kapital isə sırf türk kapitalıdır.

ATİB Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına təsir göstərən təşkilatdır.

Xəbər lenti

Xəbər lenti