...

Azərbaycanın dövlət büdcəsinə vergi köçürmələri təqribən 2 mlrd. manat təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Birinci yarımildə vergi ödəmələrindən Azərbaycanın dövlət büdcəsinə daxil olmalar 1 926 698,1 min manat proqnoza qarşı 1 951 931,6 min manat təşkil edib. Bu barədə Vergilər Nazirliyinin rəsmi qəzetində məlumat verilib.

ƏDV-dən daxil olmalar 269 080,1 min manat proqnoza qarşı 286 913,5 min manat (106,6 faiz), aksiz vergiləri 91 516,6 min manat proqnoza qarşı 92 615,5 min manat (101,2 faiz), mənfəət vergisi 1 030 305,4 min manat proqnoza qarşı 1 039 117,6 min manat (100,9 faiz), hasilat sənayesindən vergi 54 732,2 min manat proqnoza qarşı 55 036 min manat (100,6 faiz), torpaq vergisi 12 780,8 min manat proqnoza qarşı 13 383 min manat (104,4 faiz), əmlak vergisi 33 570 min manat proqnoza qarşı 34 864,2 min manat (103,9 faiz), fiziki şəxslərdən gəlir vergisi 251 887,7 min manat proqnoza qarşı 262 548,9 min manat (104,2 faiz), dövlət rüsumu 22 002,7 min manat proqnoza qarşı 23 159,7 min manat (105,3 faiz), yol vergisi 7 707,5 min manat proqnoza qarşı 7 889,3 min manat (102,4 faiz), sadələşdirilmiş vergi 20 737,6 min manat proqnoza qarşı 18 704,3 min manat (90,2 faiz) təşkil edib.

Xəbər lenti

Xəbər lenti