...

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi investisiya müsabiqəsi keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Cəlilabad Şərab 2" ASC-nin səhmlərinin investisiya müsabiqəsini keçirib.

Hərrac iştirakçıları qarşısında bu kimi vəzifələr qoyulub: investisiyaların və müasir texnologiyaların cəlb edilməsi, şərab və üzüm istehsalının təkmilləşdirilməsi işinə yerli fermerlərin cəlb edilməsi, yeni iş yerlərinin təmin edilməsi. Habelə işçilərin sosial təminatı ilə bağlı şərtlər irəli sürülüb.

İnvestisiya proqramına əsasən, müsabiqənin qalibi 18 ay ərzində müəssisəyə 2,5 mln. manat həcmində investisiya yatırmalı və dövlət büdcəsinə 50 min manat köçürməlidir.

Xəbər lenti

Xəbər lenti