...

Lənkəranın əhalisi 0,4 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran rayonunun əhalisi bu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə 874 nəfər (0, 4%) artıb. Əhalinin sayı 202 min 322 nəfər olub. Əhalinin 40, 6%-i şəhərdə yaşayır, 59,4% -i isə kənd sakinləridir. Əhalinin 49, 6 %-i kişi, 50, 4% -i isə qadındır.

Hesabat dövründə rayonda 1779 uşaq dünyaya gəlib, 702 uşaq ölüb. Bunun da 6 nəfəri bir yaşa gədər olan körpələrdir. Ötən ilin müvafiq dövrü ilə müqaisədə əhalinin hər 1000 nəfərinə düşən doğulan və ölənlərin sayı artıb.

Lənkəran paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti