...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, taxıl idxalçıları üçün ƏDV-ni ləğv etmək gərəkdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2007 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/Azərbaycanda taxıl idxalçıları üçün ƏDV-nin ləğv edilməsi çörəyin qiymətlərinin artması çərçivəsində vəziyyətdən yeganə çıxış yoludur. Bu fikir Kənd Təsərrüfatı Nazirliyinin Bitki məhsullarının istehsalı, təkrar emal və torpağın istifadəsinə nəzarət şöbəsinin müdiri Sabir Vəliyevə məxsusdur.

Onun sözlərinə görə, hazırda hökumətin ayrı-ayrı strukturları tərəfindən müvafiq qərarın qəbulunun faydalılığı müzakirə olunur.

"Hesab edirik ki, taxıl idxalçılarının 18,3 faizlik ƏDV-dən azad edilməsi problemin həllinə müsbət təsir göstərə bilər" - deyə Vəliyev bildirib.

Bununla yanaşı nazirlik rəsmisi qeyd edib ki, ƏDV ləğv olunacağı təqdirdə dövlət xeyli ziyan çəkəcək. Çünki idxal olunan taxılın hər tonundan dövlət büdcəsinə $48,5 pul gəlir.

"Bu rəqəmi gətirilən taxılın həcminə vursaq itkinin miqyasını görə bilərik. Lakin yekun söz hökumətə məxsusdur" - deyə Vəliyev qeyd edib.

Hazırda nazirlik tərkibində yaradılan xüsusi komissiya fəaliyyət göstərir. Bu komissiya Azərbaycanda mövcud taxılın həcmini müəyyənləşdirir. Yekun qərar qəbul edilərkən hökumət həmçinin komissiyanın monitorinqinin nəticələrini nəzərdən keçirəcək.

Bu il Azərbaycanda 2 mln. ton taxıl istehsalı planlaşdırılır. Artıq bu günədək 1,7 mln. ton taxıl istehsal edilib.

Xəbər lenti

Xəbər lenti