...

"AtaLizinq"in nizamnamə kapitalı artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ "AtaLizinq" ASC təsisçilərinin son toplantısında qurumun nizamnamə kapitalının 100 faiz artırılmasına dair qərar qəbul olunub. Nəticədə strukturun nizamnamə kapitalının ümumi dəyəri 1 mln. manata çatıb. Bu barədə şirkətin mətbuat xidmətindən verilən məlumatda deyilir.

2004-cü ildə 500 min dollarlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayan "AtaLizinq"in lizinq portfeli 2,286,266 manata (30 iyun 2007-ci il) çatır.

Nizamnamə kapitalının artırılması ilə şirkət yeni istiqrazların emissiyasını artırmağı və lizinq portfelini 1 mln. manat artırmağı düşünür.

"AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaLizinq" ASC 2004-cü ilin iyulunda təsis edilib. Təsisçilər rolunda "AtaHolding" (64%) və "AtaBank" (36%) çıxış edib.

İyunda şirkət Azərbaycanda lizinq qurumları arasında İSO 9001: 2000 sertifikatı alıb.

Xəbər lenti

Xəbər lenti