...

Müəllif Hüquqları Agentliyi rəhbərinin müavini: "Azərbaycanda intellektual mülkiyyət hüququ çox güclü şəkildə pozulur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2007 11:26 (UTC +04:00)
Müəllif Hüquqları Agentliyi rəhbərinin müavini: "Azərbaycanda intellektual mülkiyyət hüququ çox güclü şəkildə pozulur"

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ "Bu gün Azərbaycanda intellektual mülkiyyət sahəsində maarifçilik aşağı səviyyədədir. Statistika göstərir ki, audio-video daşıyıcıların istehsalında məhsulun 90 faizi pirat xarakteri daşıyır". Bu sözləri Azərbaycanın Müəllif Hüquqları Agentliyi rəhbərinin müavini Oqtay Səmədov deyib.

Onun sözlərinə görə, bu onu göstərir ki, Azərbaycanda intellektual mülkiyyət hüququ çox güclü şəkildə pozulur.

Səmədov qeyd edib ki, Ümumdünya Ticarət Təşkilatı çox etibarlı qurumdur. Bu təşkilata üzv olmaq istəyən ölkələr qarşısında böyük tələblər durur. "Onlardan biri, bəlkə də ən vacibi piratçılığa qarşı mübarizədir" - deyə o vurğulayıb.

Səmədovun sözlərinə görə, Azərbaycanın Müəllif Hüquqları Agentliyi "Müəllif hüquqlarının təmin edilməsi və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi hazırlayıb. O bildirib ki, qanun layihəsi artıq Nazirlər Kabinetinə təqdim olunub. Öz növbəsində Nazirlər Kabineti bunu müvafiq nazirliklər və idarələrin müzakirəsinə verib. Nazirliklər təkliflərini hazırladıqdan sonra agentlik bir daha bu layihəni nəzərdən keçirəcək və sonra parlamentə təqdim edəcək. Gözlənilir ki, sözügedən qanun layihəsi yaz sessiyası çərçivəsində Milli Məclisə təqdim olunacaq və orada qəbul ediləcək. Qanun qəbul edildikdən sonra bütün dövlət orqanlarının piratçılığa qarşı mübarizə üçün ciddi qanunvericilik bazası olacaq.

Xəbər lenti

Xəbər lenti