...

Naxçıvan MR-in xarici ölkələrlə ticarət dövriyyəsi 2,5 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Naxçıvan /müx. Trend E.Yurdoğlu / Cümə günü Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, ilin birinci yarısında Naxçıvan MR-in 22 xarici ölkə ilə ticarət dövriyyəsi 46,9 mln. dollar təşkil edib ki, bu göstərici ötən ilin analoji dövr göstəricisindən 2,5 dəfə çoxdur.

Məlumata əsasən, ticarət dövriyyəsinin 32,7%-i (15,4 mln. dollar) Avropa Birliyi ölkələrinin, 19,6%-i (9,2 mln. dollar) MDB ölkələrinin, 47,7%-i (22,4 mln. dollar) isə digər ölkələrin payına düşür.

Naxçıvan MR-in sahəsi 5,5 kvadrat kilometrdir ki, bu da ölkə ərazisinin 6,4%-ni təşkil edir.

Naxçıvan 7 inzibati rayondan ibarətdir: Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli rayonları. Naxçıvanın əhalisi 380,2 min nəfərdən ibarətdir. Paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti