Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Noyabrın 5-8-də ABŞ-da üçtərəfli Türkiyə-Azərbaycan-ABŞ biznes-forumu keçiriləcək. Bu barədə ATİB-in yaydığı məlumatda bildirilir.
Forumun gedişində elmi-praktik konfransın, habelə Azərbaycanın və Türkiyənin Amerikadakı diaspor üzvlərinin görüşünün keçirilməsi gözlənilir. Forum zamanı həmçinin ABŞ-ın yüksək çinli nümayəndələri və QHT təmsilçiləri ilə görüşlər nəzərdə tutulur.
Forumun hazırlıq işlərinin təşkili məqsədilə ATİB sədri Əhməd Erentok iyulun 18-dən Vaşinqton ştatında səfərdədir. Erentokun səfər proqramına ABŞ-ın rəsmi şəxsləri, Amerikadakı türk və Azərbaycan diaspor nümayəndələri, eləcə də Amerika-Azərbaycan Palatasının (USACC) təmsilçiləri ilə görüşlər daxildir.
ATIB Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına yardım göstərən təşkilatdır.