...

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanın bəzi rayonlarının kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar ayrılması barədə qərar qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2007 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində cümə günü kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi üzrə Respublika Komissiyasının toplantısı olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Respublika Komissiyasının sədri, kənd təsrrüfatı naziri İsmət Abasova işçi qrupunun gördüyü işlər və istehsalçılara yanacaq və motor yaağlarına görə veriləcək vəsaitlə əlaqədar 6 rayon komissiyasının təqdim etdiyi materiallar barədə məlumat verilib.

Komissiya Ağdam, Qazax, Kürdəmir, Biləsuvar, Zərdab, Masallı rayon komissiyalarının yardım verilməsi ilə əlaqədar təqdim etdiyi materiallara baxaraq onları məqbul hesab edib.

Gübrələrin dəyərinin 50 faizinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul olunub.

Bu günə qədər Azərbaycanın 25 ryonundan olan istehsalçılara susbsidiyaların ayrılması məqbul hesab olunub.

Xəbər lenti

Xəbər lenti